Azərbaycanda 1 nəfər evində yanıb, 1 nəfərin meyiti isə... -VİDEO
26 fevral 2021 11:57 (UTC +04:00)

Azərbaycanda 1 nəfər evində yanıb, 1 nəfərin meyiti isə... -VİDEO

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ötən gün daxil olan müraciətlərlə bağlı statistikanı açıqlayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, ötən sutka ərzində 16 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 5 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Ötən gün baş verən fövqəladə hallar

# 1335
avatar

Mehman Nəbiyev

Oxşar yazılar