Azərbaycandan tranzit keçməklə Rusiyaya göyərti aparan, həmin ölkə vətəndaşının idarə etdiyi "Renault" markalı yük avtomobili "Astara" gömrük postunun idxal yoxlama xəttində saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, yük nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış zamanı dartıcıda şübhəli cizgilər müşahidə edilib.
Gömrük yoxlaması zamanı avtomobilin kabinasında - tavanın üzərində olan boşluqda gömrük nəzarətindən gizlədilən 1900 həb müxtəlif adda dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.