Dərman preparatlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, "Qırmızı Körpü" gömrük postunda "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı avtomobilin salonunda olan səs gücləndiricinin və nəqliyyat vasitəsinin qoşqusunda yerləşən yanğınsöndürən qabın içərisində gömrük nəzarətindən gizlədilən 2382 ədəd həb, 283 ədəd dərmanı ilə birlikdə şpris, 240 ədəd iynə başlığı və 50 ədəd şüşə flakonda olan müxtəlif adda dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.