Azərbaycana keçirmək istədiyi narkotiki görün harada gizlətdi?
01 fevral 2022 16:53 (UTC +04:00)

Azərbaycana keçirmək istədiyi narkotiki görün harada gizlətdi?

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə Rusiyadan  Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə nəqliyyat vasitələrində narkotik vasitələrin və psixotrop maddələrin göndərilməsi barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, “Samur” gömrük postu vasitəsilə ölkəyə gələn Azərbaycan vətəndaşı Namazov Zaur Vaqif oğlunun idarə etdiyi və Rusiyadan Azərbaycana “dərman vasitələri” yükünün daşındığı 99-SS-807/99-ZH-807 dövlət nömrə nişanlı, “Scania” markalı yük-nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinəsində sürücü üçün nəzərdə tutulan yataq yerinin üzərində bir ədəd şahmat lövhəsinin içərisindəki boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, tərkibində psixotrop maddə “metilendioksimetamfetamin”-nin (MDMA) olduğu ümumi sayı 2934 ədəd həblər və 39 ədəd həb qırıqları, xalis çəkisi 97,280 qram təşkil edən psixotrop maddə “amfetamin”, xalis çəkisi 254,790 qram təşkil edən psixotrop maddə “mefedron” və xalis çəkisi 198,940 qram təşkil edən narkotik vasitə “kokain” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836
avatar

Oxşar yazılar