Azərbaycan vətəndaşlarının da olduğu  gəmi batdı
16 aprel 2022 04:41 (UTC +04:00)

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı

0

Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb.

Lent.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası məlumat yayıb.

Mənbənin məlumatına görə, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib.

Qabes xəstəxanasına çatdırılan zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir.

Bildirilir ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3585

Oxşar yazılar