Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır. Bu məlumatları qəti surətdə təkzib edirik.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırır.