Azərbaycan Ordusunun əsgəri həlak oldu
22 yanvar 2022 21:45 (UTC +04:00)

Azərbaycan Ordusunun əsgəri həlak oldu

Yanvarın 22-də  Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6792
avatar

Oxşar yazılar