Azərbaycan iki nəfəri öldürən şəxsi bu ölkəyə təhvil verdi
15 aprel 2021 14:16 (UTC +04:00)

Azərbaycan iki nəfəri öldürən şəxsi bu ölkəyə təhvil verdi

Gürcüstanın beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda tutularaq ölkəsinə təhvil verilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğunun Azərbaycan Respublikası Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Gürcüstan Respublikasının ərazisində  cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Gürcüstan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu daxil olub.

Belə ki, Gürcüstan Respublikasının vətəndaşı, Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsinin 7-ci hissəsi (iki və daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) təqsirləndirilən Əliyev İlyas Qəzənfər oğlunun – 23.05.2018-ci il tarixində Gürcüstanın Marneuli şəhərindən Bolnisi şəhərinə gedən yolda idarə etdiyi nəqliyyat vasitəsinin istismarı qaydasını pozması nəticəsində yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iki şəxsin ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Rustavi şəhər məhkəməsinin 17.12.2020-ci il tarixli hökmü ilə İlyas Əliyev 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İlyas Əliyev barəsində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Gürcüstan Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə İlyas Əliyev 15.04.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1638

Oxşar yazılar

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

20 avqust 2025 , 15:47
"Vasmoy" bazarında ÖLÜM

"Vasmoy" bazarında ÖLÜM

20 avqust 2025 , 15:31
Yeni doğduğu körpəsini satdı

Yeni doğduğu körpəsini satdı

20 avqust 2025 , 15:16
Kamran Əliyevdən YENİ TƏYİNATLAR

Kamran Əliyevdən YENİ TƏYİNATLAR

20 avqust 2025 , 14:53
Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

20 avqust 2025 , 13:48
Rüşvət alan 3 polis  həbs olundu

Rüşvət alan 3 polis həbs olundu

20 avqust 2025 , 13:19
Azərbaycanlı qadının çürümüş meyiti  tapıldı

Azərbaycanlı qadının çürümüş meyiti tapıldı

20 avqust 2025 , 12:50
Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi  - Məhkəməlik oldu

Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu

20 avqust 2025 , 12:21