Azərbaycan hərbçiləri arasında yaralanan yoxdur -  RƏSMİ
27 mart 2022 22:29 (UTC +04:00)

Azərbaycan hərbçiləri arasında yaralanan yoxdur - RƏSMİ

0

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.

Rusiya Müdafiə Nazirliyinin martın 26 və 27-dəki  açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycanın beynəlxalq birlik, o cümlədən Rusiyanın tanıdığı və qəbul etdiyi ərazi bütövlüyünə qarşı hörmətsizlikdir", - məlumatında qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2620

Oxşar yazılar