Ucarda özünü yandıran kişi dünyasını dəyişib.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 4-də Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 57 yaşlı Nazir Həsənov yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırıb. Nəticədə almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində ölüb.
Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.