Aytən Səfərovanın qabırğaları qırılıb - ƏRİ DANIŞDI  - YENİLƏNİB
17 aprel 2024 12:07 (UTC +04:00)

Aytən Səfərovanın qabırğaları qırılıb - ƏRİ DANIŞDI - YENİLƏNİB

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovadan xəbər var. 

Lent.az xəbər verir ki, jurnalistin həyat yoldaşı "olay.az"a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:

“Səhhəti belə də. Qabırğaları qırılıb”.

***

saat 09:55

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Lent.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

09:55

Tanınmış teleaparıcı Aytən Səfərova qıza keçirdib.

Lent.az xəbər verir ki, onun avtomobili 8 Noyabr prospektində, "Gənclik Park"ın qarşısında eyni markalı avtomobillə toqquşub.

Nəticədə aşan avtomobil yol kənarında olan "Kia Soul" markalı avtomobilə çırpılıb.

***

09:37

Teleaparıcı Aytən Səfərova yol qəzası keçirib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məlumata görə, aparıcının idarə etdiyi avtomobil Xətai rayonu, Xudu Məmmədov küçəsində digər maşınla toqquşub.

Qəza nəticəsində digər avtomobildə olan 5 nəfər xəsarət alıb. Jurnalist və digər avtomobildəki yaralılar Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. A. Səfərova isə yüngül xəsarət alıb, xəstəxanaya yerləşdirilib. 

# 9543
avatar

Fidan İlqar

Oxşar yazılar