"Aytac" şadlıq evinin sahibi cərimələndi
27 oktyabr 2021 14:35 (UTC +04:00)

"Aytac" şadlıq evinin sahibi cərimələndi

Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha bir toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlamalar zamanı Cəlilabad rayonu, Əliqasımlı kəndi ərazisində yerləşən “Aytac” şadlıq evindəki toy mərasimində qonaqların müəyyən edilmiş say həddindən çox olması aşkarlanıb.

Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat cərimə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3933
avatar

Mehman Nəbiyev

Oxşar yazılar