Həbsxanaya gizli gətirilən narkotik
02 fevral 2022 16:07 (UTC +04:00)

Həbsxanaya gizli gətirilən narkotik

Ayaqqabısında "patı" gizlədib məhkumla görüşə gəldi

8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Pentiensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5, 234.1, 67, 66.3, 93.1.2 və 317.2.1 -ci maddəsi ilə təqsirli bilinərək 9 il 7 ay azadlıqdan məhrum edilmiş və hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rəşad Əliabbas oğlu Zərbəliyevin yanına qısa müddətli görüşə gəlmiş Kürdəmir rayon sakini Emin Salman oğlu Abdullayevin əşyalarına və üzərinə baxış keçirilib. Bu zaman ayaqqabısının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 4,512 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 1,167 qram olan psixotrop maddə - metamfetamin (patı) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

Mehman Nəbiyev

Oxşar yazılar