Avtomobillər toqquşdu,  xəsarət alanlar var  -  FOTO
02 mart 2022 23:45 (UTC +04:00)

Avtomobillər toqquşdu, xəsarət alanlar var - FOTO

0

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Vaqif prospekti ilə Xan Şuşinski küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, Nofəl Heydərov köməkçi yolda nişanın tələbini pozaraq idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsilə əsas yola çıxıb.

Bu zaman həmin yolda olan “Mercedes” markalı avtomobil “Toyota”-ya çırpılıb.

Qəza nəticəsində sərnişin və sürücü xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2354

Oxşar yazılar