Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şıxəkəran kəndində qeydə alınıb.
Hələlik istintaqa məlum olmayan sürücü idarə etdiyi avtomobillə kənd sakini Zülfiyyə Şəhadət qızı Əliyevanı vuraraq hadisə yerindən qaçıb. Ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.