Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsində baş verib.
33 yaşlı Əsgərov Vasif Ələsgər oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 72 yaşlı Cəfərov Rüstəm Poluş oğlunu vurub.
Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.