Avtomobilin vurduğu piyada ağır xəsarət aldı
05 aprel 2022 03:27 (UTC +04:00)

Avtomobilin vurduğu piyada ağır xəsarət aldı

0

Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Qala qəsəbəsində qeydə alınıb.

Yolun müəyyən edilməmiş hissəsindən keçən 1996-ci il təvəllüdlü Babazadə Kamran Şücəddin oğlunu minik avtomobili vurub. O, bədənin bir çox nahiyəsinin sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1481

Oxşar yazılar