Avtomobildə DƏHŞƏT:  Arvadını öldürdü, bunu təsadüf adlandırdı
06 oktyabr 2025 13:37 (UTC +04:00)

Avtomobildə DƏHŞƏT: Arvadını öldürdü, bunu təsadüf adlandırdı

0

İzmirin Urla rayonunda T.A. 32 yaşlı həyat yoldaşı Burçin Razak Akyürek içində olduğu avtomobildən təsadüfən atəş açdığını iddia etdiyi tüfənglə öldürüb. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, ilkin ifadəsində T.A. təsadüfən tüfəngdən atəş açdığını və patronun avtomobildən keçərək çöldə olan həyat yoldaşına dəydiyini bildirib.

Məlumata görə, hadisə axşam saatlarında baş verib. T.A. ifadəsində tüfəngin təsadüfən açıldığını, güllənin avtomobildən keçdiyini və çöldə olan həyat yoldaşına dəydiyini iddia edib.

Xəbər aldıqdan sonra hadisə yerinə gələn tibb işçiləri Burçin Razak Akyürekin öldüyünü bildiriblər. T.A. nəzarətə götürülərək ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. 

Hadisə ilə bağlı araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 522

Oxşar yazılar