Avtomobil qatar yoluna çıxdı, 2 YARALI
29 avqust 2023 08:15 (UTC +04:00)

Avtomobil qatar yoluna çıxdı, 2 YARALI

0

29 avqust saat 03:40 radələrində ADY-na məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand"markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərkən qatara çırpılıb.

Bu barədə Lent.az-a ADY-dən bildirilib.
Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin  təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

ADY nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1991

Oxşar yazılar