Avtomobil nömrələrini oğurlayan Xudat sakini tutuldu
20 sentyabr 2024 16:52 (UTC +04:00)

Avtomobil nömrələrini oğurlayan Xudat sakini tutuldu

Xudatda oğurluq hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Tağıyev “Toyota” markalı avtomobilə məxsus dövlət qeydiyyat nişanlarını oğurlayıb. O, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Hacıqabul rayonu ərazisində saxlanılıb.

Həmçinin, onun avtomobilində sərnişin olan Xətai rayon Polis İdarəsi tərəfindən axtarışda olan, əvvəllər məhkum olunmuş Mətləb Məmmədquliyev də saxlanılıb. Hər iki şəxs aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1236
avatar

Arzu Qurbanlı

Oxşar yazılar