Avtomobil hasarı aşırdı, 2 nəfər... -FOTO
10 fevral 2023 23:20 (UTC +04:00)

Avtomobil hasarı aşırdı, 2 nəfər...-FOTO

0

Lənkəranda yaxın qohumlar yol qəzasına düşüb.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah yolunun Lənkəran rayonunun Viravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəşad oğlu Tağızadənin idarə etdiyi "Chevrolet" markalı 90-OA-661 dövlət qeydiyyat nişanlı avtomobil, Lənkəran istiqamətində hərəktdə olarkən Virulçayin üstündə yerləşən körpüdə idarəetməni itirərək, əvvəl dəmir çəpərə çırpılıb, sonra isə mişar dasindan hörülən hasarı aşıraraq Viravul kənd sakini Rasət Babayevə məxsus həyətə girib. Avtomobilin sürücüsü və sərnişin qismində  olan Lənkəran şəhər sakini 1977-ci il təvəllüdlü Rəvanə Əbdüləziz qızı Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Ilkin ehtimala görə qəzaya əlverişsiz hava şəraiti səbəb olub.  
Faktla bağlı araşdırma aparılır.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2302

Oxşar yazılar