Avtomobil gölə düşdü, 5 nəfər öldü
11 may 2023 09:42 (UTC +04:00)

Avtomobil gölə düşdü, 5 nəfər öldü

0

Rusiyanın Krasnoyarsk diyarında 5 nəfər yol qəzasında ölüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, qəza Şuşenski rayonunda, Kaptırevo kəndi yaxınlığında baş verib. Yerli sakinlər gölməçədən “Toyota” markalı avtomobil tapıblar.

İlkin versiyaya görə, avtomobil magistral yolda sürüşüb və sürücü idarəetməni itirib. Yaxınlıqdakı gölməçəyə düşən avtomobilin sürücüsü və 4 sərnişini boğularaq ölüb.

Hadisə yerindən üç qadın və iki kişinin meyiti çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2136

Oxşar yazılar