Avtomobil əvvəlcə ağaca, sonra qaz xəttinə çırpıldı, 3 nəfər...
07 iyun 2023 21:51 (UTC +04:00)

Avtomobil əvvəlcə ağaca, sonra qaz xəttinə çırpıldı, 3 nəfər...

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Hərəkətdə olan "Lifan" markalı maşını yoldan çıxaraq ağaca, daha sonra qaz borusuna çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 

# 2094
avatar

Oxşar yazılar