Avtomobil aşdı, kənd işıqsız qaldı-FOTO
09 may 2023 02:03 (UTC +04:00)

Avtomobil aşdı, kənd işıqsız qaldı-FOTO

0

Lənkəranda qəza nəticəsində sürücü xəsarət alıb

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, gecə saatlarında Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Lənkəran-Boradigah magistralında, Lənkəran rayonunun Zövlə kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Şağlaser kənd sakini 1999-cu il təvəllüdlü Məhəmmədhüseyn Rüstəm oğlu Həsənov  "Rover" markalı 42 CD 921 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, qarşıdan gələn, hələlik sürücüsü məlum olmayan "Mercedes" markalı avtomobil onu sıxışdırıb. "Rover" markalı avtomobil yoldan çıxaraq, işıq dirəyinə çırpılıb və maşın aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Elektrik dirəyinin aşması nəticəsində Masallı rayonunun Rüdəkənar kəndinin bir hissəsi işıqsız qalıb.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2364

Oxşar yazılar