Bakıda baş verən qəza sıxlığa səbəb olub.
Lent.az xəbər verir ki, Heydər Əliyev prospekti köməkçi yolda, şəhər istiqamətində "Shagman" markalı yük avtomobili minik avtomobili ilə toqquşub. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bütün ekspress və müntəzəm xətt avtobusları hazırda şəhər istiqamətində hərəkət edə bilmir.