Sankt-Peterburqdan Leninqrad vilayətinin Lodeynoye Pole şəhərinə gedən avtobusda olan sərnişinlər uşağa təcavüz edən şəxsi döyüblər.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə dekabrın 28-də baş verib. Polisə şəhərlərarası avtobusda dava olması barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanları Murmansk şossesinin 36-cı kilometrliyində nəqliyyatı dayandırıblar.
Məlum olub ki, sərnişinlərdən biri, 52 yaşlı universitet işçisi azyaşlı uşağa təcavüz etməyə başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, o, avtobusda məktəbli qızı zorlamağa cəhd edib.
Sərnişinlər uşağın köməyinə gələrək təcavüzkarı döyüblər, kişi saxlanılaraq polis şöbəsinə aparılıb. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.