Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə bu gün səhər saat 6 radələrində şəhərin 18-ci mikrorayon adlanan ərazisində qeydə alınıb. Pərviz Muradxanov idarə etdiyi avtobusla 56 yaşlı Sultanvoa Validə Cankişi qızını vuraraq öldürüb.
Məlumata görə, avtobus hadisə zamanı boş olub. P. Muradxanov Xırdalan-Sədərk ticarət mərkəzi reysi üzrə sərnişin daşıyırmış. Hadisə də məhz ilk reysıə gedərkən baş verib.
Hazırda araşdırma aparılır.