Avropaya getmək istəyən pakistanlılar   Xaçmazda saxlanıldılar
23 noyabr 2022 16:52 (UTC +04:00)

Avropaya getmək istəyən pakistanlılar Xaçmazda saxlanıldılar

Əcnəbilər Azərbaycandan qanunsuz keçərək Avropaya getməyə cəhd ediblər.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 21-də saat 5:50-də Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 9 nəfər Pakistan vətəndaşları saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1536
avatar

Oxşar yazılar