Atasının tüfəngi ilə həmkəndlisini GÜLLƏLƏDİ
27 dekabr 2021 12:51 (UTC +04:00)

Atasının tüfəngi ilə həmkəndlisini GÜLLƏLƏDİ

0

Göyçay Rayon Polis Şöbəsinə dekabrın 25-də saat 1 radələrində Çarxanlı kəndi ərazisində kənd sakini T.Qasımovun atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən həmkəndlisi R.Qasımovun xəsarət alması barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları həmin ünvana gedib, müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən müvafiq sənədləri olan “TOZ-53” markalı ov tüfəngi götürülüb.

R.Qasımov xəstəxanaya yerləşdirilib. 

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1961

Oxşar yazılar