Ata traktorla qızını əzib öldürdü
21 may 2025 18:07 (UTC +04:00)

Ata traktorla qızını əzib öldürdü

Türkiyədə ata traktorla azyaşlı qızını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursanın İnegöl qəsəbəsində baş verib.

38 yaşlı Mehmet Bayrak ailəsini traktora mindirərək tarlaya gedib. Şumlama zamanı texnikanı geriyə hərəkət etdirib və bu zaman tarlada gəzən 7 yaşlı qızı Nur Bayrakı görməyib. Nəticədə azyaşlı qız traktorun altında əzilib. Başından ağır xəsarət alan qızcığaz xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən şoka düşən Mehmet Bayrak isə qızının əməliyyat olunduğu otağın qarşısında infarkt keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915

Oxşar yazılar