Ata işsizlikdən 3 yaşlı qızını boğub öldürdü
15 sentyabr 2023 11:34 (UTC +04:00)

Ata işsizlikdən 3 yaşlı qızını boğub öldürdü

Rusiyada mənzillərdən birində faciə baş verib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Perm vilayətinin Orconikidze rayonunda olub.

36 yaşlı kişi həyat yoldaşı və böyük qızının qayınanasının yanına getməsini gözləyib. Onlar evdən çıxdıqdan sonra 3 yaşlı qızını hamama aparıb və onu vedrədə boğub.

Həmin şəxs cinayəti törətdikdən sonra polisə gələrək təslim olub. Faktla bağlı cinayət işi açılıb.

Məlum olub ki, kişi spirtli içki aludəçisi deyil, yalnız işə düzələ bilmir və buna görə də evdə pul problemi yaranır. İstintaqın məlumatına görə, ailə başçısı qızını öldürüb, sonra intihar etmək istəyib.

Müəyyən edilib ki, qızının qətlindən bir ay əvvəl ata psixiatr müayinəsində olub və ona müalicə yazılıb.

Ata yenidən məcburi müalicə üçün psixiatriya xəstəxanasına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2514

Oxşar yazılar