Udmurtiyanın İqra kəndində 26 yaşlı yerli sakin iki uşaını - dörd yaşlı oğlu və iki yaşlı qızını qətlə yetirməkdə təqsirli bilinərək saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, mayın 9-da günorta saatlarında sərxoş ata ümumi övladlarının birlikdə yaşadığı keçmiş həyat yoldaşına baş çəkməyə gəlib. Qadın mağazaya gedən zaman ondan xoşu gəlməyən şübhəli şəxs kağızı yandıraraq divanın üstünə qoyub. Bu zaman evdə onun oğlu və qızı, həmçinin evli cütlük - 19 yaşlı ana və əri iki aylıq oğlu ilə birlikdə olub.
Nəticədə yanğın zamanı təqsirləndirilən şəxsin iki azyaşlı uşağı ölüb, gənc ana və körpə isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Yanğın törədən şəxs həbs edilib. Ona ittiham elan edilib.