Türkiyənin Afyonkarahisar şəhərində dəhşətli hadisə baş verib.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, dünən günorta saatlarında şəhərin Sandıqlı qəsəbəsində Oqtay.U. aralarında yaranan mübahisəyə görə 16 yaşlı qızı H.U.nun boğazını kəsib. Hadisə yaxınlıqda olan təhlükəsizlik kameralarına düşüb.
Görüntülərdə, atanın mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla qızına zərbə vurduğu, daha sonra yol kənarına itələdiyi əks olunub.
Hadisədən dərhal sonra Oqtay.U.nu polislər saxlayıb. Yaralı qızın müalicəsi davam etdirilir.