"Ask Arena"da OĞURLUQ:  soyunma otağına girib...
16 sentyabr 2022 12:37 (UTC +04:00)

"Ask Arena"da OĞURLUQ: soyunma otağına girib...

Bakıda məşhur futbol stadionundan oğurluq olub.

Lent.az-ın məlumatına görə, hadisə “Ask Arena”da qeydə alınıb. Stadionun soyunub-geyinmə otağında paytaxt sakinləri Ruslan Hüseynov və Samir Cabbarova məxsus telefonlar oğurlanıb. Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Beyləqan rayon sakini Yaqub Məmmədli müəyyən edilərək saxlanılıb.

Məlum olub ki, Y. Məmmədli soyunub-geyinmə otağında heç kimin olmamasından istifadə edərək, avqustun 23-də Ruslan Hüseynova məxsus 800 manatlıq “Samsung A71”, sentyabrın 4-də isə Samir Cabbarovun 950 manatlıq “Samsung A52” markalı mobil telefonları oğurlayıb. Bundan sonra o, telefonları “20 Yanvar” metrostansiyası yaxınlığında dəyər-dəyməzə satıb. Həmçinin Y. Məmmədli şirkətlərdən birində ekspeditor kimi çalışırmış.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1938
avatar

Mehman Nəbiyev

Oxşar yazılar