Mart ayının 7-də Laçın rayon sakini Tutu İbrahimovanın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın olduğu yer müəyyən edilərək tapılıb.
Fakt üzrə Laçın rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirirlir.
Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsində məskunlaşan İbrahimova Tutu İdris qızı martın 7-də şəxsi avtomobili ilə işlədiyi Ağcabədi “ASAN Xidmət” Mərkəzindən işdən çıxıb evə gedərkən, onun qarşısını kəsən şəxs və ya şəxslər qaçırıb.
T. İbrahimovanın anası Sahibə İbrahimova bildirib ki, onların şübhələrinə görə övladlarını yaxın qohumluq əlaqələri olan Qeys Cabbarov qaçırıb.
Qızın anası onu da deyib ki, T. İbrahimovanı qaçıran şəxs onun avtomobilini vurub əzdikdən sonra qaçırıb.