Bakıda kişinin arvadını öldürdükdən sonra bəzi faktlar üzə çıxıb.
Lent.az xəbər verir ki, APATV hadisə baş verən ərazidə olub, qətlin təfərrüatlarını öyrənməyə çalışıb.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, Rasim Xəlilov keçmiş hərbçi olub. Həmçinin onların azyaşlı övladları da olub.
Qonşular deyir ki, bir müddət əvvəl ailədaxili problemlər səbəbindən onlar boşanıblar. Onların bir azyaşlı övladı var. Lakin Rasim Xəlilov özündən 19 yaş kiçik olan Misli ilə münaqişəli vəziyyəti davam etdirib və onu izləməyə başlayıb. Bu gün isə qadını güllələyərək öldürüb.
Qətlə yetirilən Misli Xəlilovanın ailəsinin yaşadığı ünvana yollanıb hadisənin təfərrüatlarını onlardan öyrənmək istədik. Lakin qapını açan atası müsahibə vermək istəmədiyini bildirdi.
Qeyd edək ki, hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
13:55
***
Prokurorluq Bakıda baş verən qətllə bağlı məlumat yayıb.
Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 6-sı Sabunçu rayonu ərazisində 25 yaşlı Misli Xəlilova və 44 yaşlı Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
***
13:37
Bakıda qətl törədilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Orta yaşlı kişi küçədə qadını, daha sonra da özünü güllələyərək öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sabunçu rayonu ərazində kişi özünə məxsus ov tüfəngi ilə öncə həyat yoldaşını gülləyərək öldürüb, sonra özünü güllə ilə vuraraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ov tüfəngi maddi sübut kimi götürülüb.
Araşdırma aparılır.