Krımda ər arvadını polisə şikayət edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Razdolnenski rayonunda baş verib. Ər arvadının ondan 20 min rubl oğurladığını söyləyərək polisə şikayət edib. Məlum olub ki, kişinin heç vaxt bu qədər pulu olmayıb.
Məlumata görə, ər-arvad arasında münaqişə olub. Bundan sonra kişi polis bölməsinə gedərək arvadının ondan 20 min rubl oğurladığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının ittiham olunduğu cinayəti törətmədiyini müəyyən ediblər. Bundan əlavə, kişi heç vaxt qeyd olunan miqdarda məbləğə sahib olmayıb.
Kişi arvadını yalandan ittiham etdiyinə görə 160 saat ictimai işlərə məhkum edilib.