Arvadına işgəncə verən Müxalif Balayev həbsdə öldü
09 aprel 2024 17:07 (UTC +04:00)

Arvadına işgəncə verən Müxalif Balayev həbsdə öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Müxalif Balayev dünyasını dəyişib.   

Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, Müxalif Balayev arvadına işgəncələr veribmiş.

Hətta M.Balayev bu işgəncələrdən bezən həyat yoldaşı ondan boşanmaq istədiyi üçün onu öldürmək niyyəti ilə bıçaqlayıb. Lakin həkimlər qadının həyatını xilas ediblər.

Müxalif balayev məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 

# 2379
avatar

Oxşar yazılar