Arvad ad günündə ərini bıçaqladı
05 may 2023 03:44 (UTC +04:00)

Arvad ad günündə ərini bıçaqladı

0

Bakının Nizami rayonunda məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla  xəbər verir ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.

Belə  ki, Mirzə Ələkbər Sabir küçəsi 9 ünvanında yaşayan 1966-ci il təvəllüdlü Səfərov Qurbanəli Əli oğlu doğum günü məclisi keçirib. Məclisdə həyat yoldaşı onunla mübahisə edib. Qadın həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Yaralı kişi Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2225

Oxşar yazılar