Ağdamda gənc oğlan itkin düşüb.
Lent.az-ın məlumatına görə, rayonun Böyükbəyli kənd sakini 21 yaşlı Rüstəmov Nurlan Vidadi oğlu oktyabrın 8-də yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bundan sonra onunla əlaqə saxlamaq da mümkün olmayıb.
Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.