Bir qədər əvvəl Almatıdakı təcridxanadan yoxa çıxan “Arman Dikiy” ləqəbli kriminal avtoritet Arman Cumagəldiyevlə bağlı vəkilləri narahatlığını bildirib.
Lent.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, vəkillər iddia edir ki, Arman öldürülüb, lakin sonradan onun intihar etdiyini deyiblər.
Qazaxıstanlı ekspertlərin qənaətinə görə, Armanın Nursultan Nazarbayevin bacısı oğlu Kayrak Satıbaldı ilə yaxın münasibətləri olub. Armanın Almatıdakı vəziyyəti qarışdıranlardan biri olduğu bildirilir.
Xatırladaq ki, o, yanvarın 7-də həbs olunub.