Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində həbs qətimkan tədbiri seçilib.
Lent.az xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə müstəntiqin vəsatəti təmin edilib.
Orxan Hacılı barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
***
saat 10:43
Yasamal Prokurorluğu Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının həbsinə təqdimat verib.
Lent.az xəbər verir ki, bu barədə Arif Hacılının qardaşı Mustafa Hacıbəyli məlumat paylaşıb.
Orxan Hacılı məhkəməyə aparılıb.
Qeyd edək ki, bir müddət əvvəl Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb. Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunub.