AQTA-nın şöbə rəisinin məhkəməsi başlayır
24 may 2021 12:33 (UTC +04:00)

AQTA-nın şöbə rəisinin məhkəməsi başlayır

Rüşvət almaqda təqsirli bilinən Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Bərdə regional şöbəsinin rəisi Rauf Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xəqani Səmədovun icraatına verilib.

Xatırladaq ki, bu il fevralın 10-da AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş Rauf Sadiq oğlu Həsənovun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında aparılmış araşdırma nəticəsində Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə Rauf Həsənovun AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində Bərdə rayonu Kələntərli qəsəbəsi ərazisində yerləşən pendir istehsalı ilə məşğul olan sexin fəaliyyətini bərpa etdirmək üçün vətəndaşdan 1200 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına, sexin fəaliyyətinin yenidən dayandırılmasından sonra təkrarən açılmasına köməklik göstərəcəyini vəd verməklə vətəndaşı aldadıb 1000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu il fevralın 10-da Rauf Həsənov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) və 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2196
avatar

Mehman Nəbiyev

Oxşar yazılar