Səmən Sultanova
30 yanvar 2022 00:31 (UTC +04:00)

Səmən Sultanova

Anasını baltalayan oğul TUTULDU

0

Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a bildirilib ki, yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində Səmən Sultanova qətlə yetirilib və aparılan araşdırmalar zamanı hadisəni onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranıb.

Lakin, R.Sultanov hadisəni törətdikdən sonra oradan qaçaraq gizlənib.  Yanvarın 30-da  Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən R.Sultanov avtomobildə hərəkətdə olan zaman  nəzarət yoxlama qaydasında saxlanılıb və RPŞ-yə gətirilib.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, R.Sultanov anasını baltalayaraq öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 46465

Oxşar yazılar