Anasından və nənəsindən qurtulmaq istəyən qız evi yandırdı
08 mart 2025 15:41 (UTC +04:00)

Anasından və nənəsindən qurtulmaq istəyən qız evi yandırdı

Rusiyanın paytaxtı Moskvada anası və nənəsindən qurtulmaq istəyən qadın mənzili yandırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə martın 7-də günorta saatlarında Profsoyuznaya küçəsində yerləşən doqquz mərtəbəli binada baş verib. Evdə yaşayanlar xəsarət almasa da, yuxarı mərtəbələrdən 3 qadın dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yanan mənzilin sahibi yanğında qızını günahlandırıb. Qadın deyib ki, qızı psixi xəstəlik və narkotik asılılığından əziyyət çəkir. O, ötən ilin sonunda xəstəxanadan çıxıb və ailəsi ilə yaşamağa başlayıb, lakin mütəmadi olaraq onlara əl qaldırıb. 

Ananın dediyinə görə, qızı mənzili miras alacağını gözlədiyini birbaşa bildirərək onu zorakılıqla hədələyib.

Bir gün əvvəl qız qohumlarından 25 min rubl tələb etsə də, onlar onu verməkdən imtina edərək otağa bağlıyıblar. Bundan sonra mənzildə yanğın başlayıb, polis araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1084

Oxşar yazılar