Anasının xəyanətini atasına xəbər verən oğlan cinayətə səbəb oldu - Ataya 5 il cəza verdilər
09 iyul 2026 13:59 (UTC +04:00)

Anasının xəyanətini atasına xəbər verən oğlan cinayətə səbəb oldu - Ataya 5 il cəza verdilər

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə arvadına görə, başqa kişini bıçaqlamaqda təqsirləndirilən Nizami Əliyevin cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Nizami Əliyevin 5 il müddətinə həbs olunmasını elan edib. Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən Nizami Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən hadisə 6 oktyabr 2024-cü il tarixdə Bakının Xəzər rayonu Binə qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini 46 yaşlı Şahpur Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, 57 yaşlı Nizami Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Nizami Əliyev Cinayət Məcəlləsinin 126.1 maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar