Rusiyanın Kursk vilayətində 5 aylıq oğlan faciəvi şəkildə ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə vilayətin eyniadlı şəhərində baş verib. Məlumata görə, uşaq evdə beşiyində yatıb, anası həmin vaxt sərxoş vəziyyətdə olub və yuxuya gedib.
Yuxu zamanı körpə qarnı üstə yuvarlanıb. Beşiyin metal konstruksiyası boynunu sıxıb və körpə boğulub.
Faktla bağlı anaya “Səhlənkarlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb.