Özbəkistanda qadın ev almaq üçün 13 yaşlı qızını satmağa cəhd edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 41 yaşlı Kaşkədərya rayon sakini işlədiyi Səmərqənd şəhərində mənzil almaq üçün 3 övladından birini - 13 yaşlı qızı satmaq qərarına gəlib. Qadın qızını 25 min dollara satarkən polis tərəfindən cinayət başında yaxalanıb.
Qadın “on səkkiz yaşına çatmamış şəxslərlə insan alveri” maddəsi ilə təqsirli bilinib.
Məhkəmə qadını 5 il 2 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edib.
Həmçinin yerdə qalan hər üç uşaq dövlət himayəsinə verilib.