Kolumbiyalı qadın ərindən pul almaq üçün iki yaşlı oğlunun qaçırılmasını səhnələşdirib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, qadın polisə deyib ki, motosikletli naməlum şəxslər guya uşağı ondan zorla alıb qaçıblar. Məmurlar körpənin yerini müəyyən edə bildikdən sonra binaya basqın edərək, gözlənilməz mənzərə ilə qarşılaşıblar.
Orada maskalı cinayətkarlar olmayıb və uşaq kolumbiyalı dostunun qucağında oturub. O, polisə bildirib ki, uşağı 17 yaşlı oğlu gətirib. Məlum olub ki, qaçırılan oğlanın anası bir neçə gün körpəyə baxmaq üçün yeniyetmə ilə razılaşıb.
Uşaq başqa ailədə olarkən qadın oğurluqla bağlı yalan danışıb və fidyə qarşılığında ərindən 14 min dollar almağa çalışıb. Polis dələduzluğun üstünü açdıqdan sonra kolumbiyalı qadın həbs edilib.