Ana 2 aylıq oğlunu binadan atıb öldürdü
05 may 2023 14:53 (UTC +04:00)

Ana 2 aylıq oğlunu binadan atıb öldürdü

Türkiyədə ana 2 aylıq körpəsini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Uşak şəhərində Ünalan məhəlləsində qeydə alınıb. Psixoloji problemləri olan 24 yaşlı D. A. bacısının evində 2 aylıq oğlunu 6-cı mərtəbədən yerə atıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları körpənin öldüyünü müəyyən ediblər.

Hazırda xəstəxanada müalicə alan D. A.-nın səhhəti imkan vermədiyi üçün onu danışdırmaq və uşağın atasının kimliyini öyrənmək mümkün olmayıb.

Ana nəzarətdə saxlanılır və araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1740
avatar

Oxşar yazılar